Dünya futbolu

Millimizin baş məşqçisi Ueyn Runiyə təklif göndərib

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts hazırda “Mançester Yunayted”də çıxış edən Ueyn Runi ilə bağlı maraqlı faktı ortaya çıxarıb.

Çalışdırıcı Şotlandiya millisinin baş məşqçisi olarkən Runiyə yığmada oynamağı təklif edib:

“Ueynin nənəsi əslən Şotlandiyadandır. Həmin vaxt bu futbolçu İngiltərə “Everton”unda Devid Moyesin rəhbərliyi altında çıxış edirdi. Qlazqodan Liverpula uçdum ki, onunla danışım. O vaxtlar 16 yaşında olan Runiyə Şotlandiya yığmasına gəlməyi təklif etdim. Lakin ingiltərəli olduğunu deyərək, təklifimi qəbul etmədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43