Milli komanda

Millimizin baş məşqçisi: “Uğurun davamını gətirmək istəyirik”

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır  İsayev AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

“Qarşıda bizi məsul oyunlar gozləyir. Komandamız üzərinə düşən məsuliyyəti  dərk edir. Qarşımıza qoyulan məqsəd ilin seçmə mərhələdə əldə etdiyimiz uğurun davamının gətirilməsidir. Futbolçularımız da, məşqçi heyəti də bunu  istəyir. Oyunlara səylə hazırlaşırıq. Uğur qazanılarsa, futbolçular daha çox inkişaf edəcək, xarici klubların diqqət mərkəzinə düşəcəklər. Çox istərdim ki, futbolçularımız xaricdə oynasınlar. Məşqlərlə yanaşı, oyunçularımızın təhsilini də diqqət mərkəzində saxlayırıq. Futbolçularımız toplanış müddətində həm də ingilis dilini öyrənirlər. Hər hansı xarici dil bilən futbolçunun ölkə xaricində oynaması daha rahat olur. Daha çox azərbaycanlı futbolçunun legioner həyatı yaşamasının tərəfdarıyq və bunun üçün çalışırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43