Milli komanda

Millimizin daha bir rəqibi bilindi: AFFA açıqladı

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Görüş martın 26-da Bakı vaxtı ilə saat  19:00-da başlayacaq.

Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43