İdman

Millimizin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi

Lüksemburqda voleybol üzrə 2018-ci il dünya çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

İdmanxeber.com xəbər verir ki, Azərbaycan qadın və kişilərdən ibarət milli komandalarının rəqibləri müəyyənləşib.

Belə ki, qadın yığmamız Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveç milliləri ilə birgə E qrupunda çıxış edəcək. Bu qrupun matçları 2017-ci ilin 30 may – 4 iyun tarixləri arasında ölkəmizdə keçiriləcək.
A qrupunda yer alan kişi voleybolçularımızın rəqibləri isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya yığmaları olacaq. 
Bu qrupun qraşılaşmaları isə 2017-ci ilin mayın 23-28-i aralığında Fransada keçiriləcək.
 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43