Milli komanda

Millimizin elit-raunddakı oyunlarının saatı açıqlandı

19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının elit-raund mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb. 1-ci qrupda mübarizə aparacaq komandamızın hər 3 görüşü Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk iki matçını “Krasnodar” klubunun akademiyasının meydanında, son oyununu isə “Kuban” stadionunda keçirəcək.

Millimizin qrupda ilk oyunu martın 20-də Rusiyaya qarşı olacaq. Komandamız ayın 23-də İrlandiya, 26-da isə Rumıniya ilə üz-üzə gələcək

Yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43