Milli komanda

Millimizin erkən qol buraxdığını eşidən aparıcını efirdə gülmək tutdu (VİDEO)

“ATV xəbər”in şənbə buraxılışında maraqlı olay baş verib.

İdmanxeber.com-un məlumatına görə, “ATV xəbər”in aparıcısını efirdə gülmək tutub.

Xəbərləri oxuduqdan sonra tamaşaçılarla sağollaşan aparıcı Ceyhun Səfəri gülməkdən özünü saxlaya bilməyib. Buna səbəb futbol üzrə yığma komandamızın doğma meydanda İtaliyaya erkən qol buraxması olub. Bu xəbəri eşidən aparıcı nə qədər cəhd etsə də, özünü saxlaya bilməyib və gülüb.

Həmin anı əks etdirən videonu təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43