Kateqoriyasız

Millimizin futbolçusu 1 milyon qarşılığında klubunu dəyişdi

Azərbaycan millisinin üzvü Eddi İsrafilov İspaniya Sequndasında klubunu dəyişib.

“Marca”nın yazdığına görə, Anqola əsilli futbolçu “Alkorkon”dan “Albasete”yə transfer olub. Kastiliya-La-Mança təmsilçisinin bu keçid üçün 1 milyon avro təzminat ödədiyi iddia edilir.

“Albasete” gün ərzində Eddinin keçidini rəsmən açıqlayacaq.

26 yaşlı yarımmüdafiəçi 2018-ci ildən “Alkorkon”da çıxış edirdi. Onun müqaviləsinin başa çatmasına bir il qalmışdı. Eddi ötən mövsüm Sequndada 29 oyuna (2347 dəqiqə) 1 qol vurub, 16 sarı vərəqə alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” iştirak ərizəsini PFL-ə verdi

admin

Samir Abasov: “Sanki uduzmuşuq, məğlub ab-havası var”

admin

“Qarabağ”dan iki rekord

admin