Dünya futbolu

Millimizin futbolçusu “Ayaks”a qol vurdu, komandasına xal qazandırdı

Niderland 1-ci divizionunda 20-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Ozan Can Kökçünün şərəfini qoruduğu “Eyndhoven” öz meydanında “Ayaks”ın 2-ci komandasını qəbul edib. 4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Kökçü bu matçda start heyətində yer alıb və əvəzlənmədən meydanda olub. O, komandası 1:2 geridəykən vurduğu qolla “Eyndhoven”i məğlubiyyətdən xilas etdi.

Hazırda millimizin futbolçusunun komandası Niderland 1-ci divizionunda 30 xalla 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43