Dünya futbolu

Millimizin futbolçusu bağışlandı

“Bursaspor”un əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz bağışlanıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Mutlu Topçu açıqlama verib.

“Bursaspor TV”ə açıqlama verən baş məşqçi 21-ci turunda “Kayserispor”la oyundan sonra cəzalandırılan bir müddət öncə əsas komandan uzaqlaşdırılan Sərcan Yıldırım və millimizin hücumçusu Dəniz Yılmazın komandaya cəlb olduğunu bildirib:

“Bu futbolçuların komandadan uzaqlaşdırılmasına mən və rəhbərlik qərar vermişdik. Ağıllanmaları üçün bu addımı atmışdıq. Növbəti oyunlara ciddi hazırlaşmalarını istəyirdik. Qarşıdan gələn oyunlarda hər iki futbolçunu meydanda görə bilərsiniz”.

Qeyd edək ki, Dəniz Yılmaz XXI turda “Kayserispor”la oyunda qırmızı vərəqə aldığı üçün əsas komandadan qovulmuşdusa, Sərcan Yıldırım öz üzərində istənilən səviyyədə çalışmadığına görə əsas komandadan uzaqlaşdırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43