25 Fevral 2020
Kateqoriyasız

Millimizin futbolçusu Çexiyada dubl etdi, komandası qələbə qazandı

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda VII turda səfərdə Karlovı-Varı “Slaviya”sı ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Start heyətdə meydana çıxan Fərid 89-cu dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu da millimizin üzvü vurub. O, 50 və 70-ci dəqiqələrdə fərqlənib. Bununlada futbolçumuz cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

“Slaviya”nın U-21 komandası 7 turdan sonra 12 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

APOEL-də gərginlik: Baş məşqçi istefa verdi

admin

“Neftçi” – “Qarabağ” oyununda polislə azarkeşlər arasında insident baş verib

admin

“Neftçi” möhtəşəm qələbə ilə üçüncü mərhələdə

admin