Kateqoriyasız

Millimizin futbolçusu “Eyndhoven”ə keçib

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandda klubunu dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı hücumçu II liqa təmsilçisi “Eyndhoven”ə transfer olunub. O, son olaraq bu liqada çıxış edən “Telstar”  komandasında oynayıb.

Ozan Can Kökçü əvvəllər Azərbaycanda “Sabah” komandasının, eləcə də U-20 və U-21 yığmalarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43