Kateqoriyasız

Millimizin futbolçusu Fransaya buraxılmadı- Azərbaycana geri göndərilir

Millimizin futbolçusu Paris hava limanında "ilişdi" - OLAY!

U-21 yığmamızın futbolçusu Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan yarımmüdafiəçi oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Tural Bayramlı ötən mövsüm Latviyada – “Dauqavpils”də çıxış edib. Hazırda isə “Keşlə”nin şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43