Kateqoriyasız

Millimizin futbolçusu “Hamburq”a qarşı

Bu gün Almaniyanın əsas və ikinci Bundesliqasında oynayacaq iki komandanın müəyyənləşdirilməsi üçün ilk pley-off oyunu keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” “Hamburq”la üz-üzə gələcək.

Tərəflər arasında cavab görüşü isə iyunun 1-də baş tutacaq.

Qeyd edək ki, “Hamburq” əsas Bundesliqada 16-cı, “Karlsrue” isə ikinci Bundesliqada 3-cü olub. Cütün qalibi növbəti mövsümdən əsas, məğlub olan tərəf isə ikinci Bundesliqada oynayacq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43