İdman

Millimizin futbolçusu İspaniyada növbəti qələbəyə sevindi

İspaniya ikinci liqasında 18-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Kadiz” səfərdə “Kordoba”nın qonağı olub. 4 qolun qeydəı alındığı matçda İsrafilovun komandası qələbəni bayram edən tərəf olub.

Futbolçumuz matça start heyətdə başlayıb və  57-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Kadis” 18 turdan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43