Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” Ukrayna Premyer Liqasının 4-cü turunda da qələbə ilə azarkeşlərini sevindirib.
İdmanxeber.az-ın məlumatına görə, Paşayevin komandası Kiyev “Arsenal”ı ilə qarşılaşıb və qələbə qazanıb – 1:0.
Matça start heyətində başlayan furbolçumuz əvəzlənmədən meydanda olub.
Qeyd edək ki, “Aleksandriya” 4 turdan sonra 12 xalla vahid liderdi. Onu Kiyev “Dinamo”su və “Şaxtyor” izləyir.