Ölkə futbolu

Millimizin futbolçusu Polşa klubunda – RƏSMİ

Millimizin futbolçusu Rahil Məmmədovun Polşa klubu LKS-ə keçidi rəsmiləşib.

İdmanxeber.az xəbər verir ki, Lodz təmsilçisi 28 yaşlı müdafiəçini rəsmi saytı vasitəsilə təqdim edib.

“Qarabağ”dan alınan mərkəz müdafiəçisi Polşa Ekstraklasa komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, LKS hazırda Polşa çempionatında 10 xalla sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43