Ölkə futbolu

Millimizin futbolçusu Polşa klubundan ayrıldı – RƏSMİ

Millimizin müdafiəçisi Rahil Məmmədov Polşanın “LKS Lodz” klubundan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşılıqlı razılıq əsasında oyunçuyla müqaviləyə xitam verilib. Məmmədov hazırda azad agent statusu daşıyır.

Futbolçu 2024-cü ilin əvvəlində “Qarabağ”dan bu kluba keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43