Kateqoriyasız

Millimizin futbolçusu Polşa klubundan ayrılır

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk “Visla”dan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi az oyun şansı qazandığından Polşa klubu ilə bağladığı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vermək istəyir. “Visla”da xoşbəxt olmayan Anton mövsümün sonunu gözləyir.

Qeyd edək ki, otən ilin iyununda 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43