Kateqoriyasız

Millimizin futbolçusu qol ötürməsi verdi, komandası Bundesliqaya yaxınlaşdı

Almaniyanın əsas və ikinci Bundesliqasında oynayacaq iki komandanın müəyyənləşdirilməsi üçün ilk pley-off oyunu keçirilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” “Hamburq”la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Nazarov 6-cı dəqiqədə komanda yoldaşına məhsuldar ötürmə edib. Bundna başqa yarımmüdafiəçimiz 56-cı dəqiqədə uzaq məsafədən topu qapı tirinə vurub.

Qeyd edək ki, cavab matçı iyunun 1-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43