Müsahibə

Millimizin futbolçusu: “…risk etmək istəmirdik” (MÜSAHİBƏ)

Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovun idmanxeber.com-a müsahibəsi.

– Maltayla oyunda qazanılan qələbə haqda nə deyərdin?

Çətin oyun oldu. Biz qələbəyə inanırdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Əsas olan 3 xal idi.

– Hesabı erkən açdıqdan sonra sanki rahatladınız…

Hə, bir az risk etmək istəmədik. Çünki rəqib qapalı oynayırdı və əks-hücumlara bel bağlamışdı. İlk qoldan sonra düzgün taktika seçib ikinci qolu vurduq.

– Tez-tez geri ötürmələr verirdiniz. Bu baş məşqçinin tapşırığı idi, yoxsa…?

Geriyə ötürmə verməyimizin səbəbi rəqibin müdafiədə "oturması" idi. Onlar 6-7 nəfərlə müdafiə olunurdular. Buna görə dƏ geri ötürmələr edirdik.

– Ümumilikdə məşqçilər korpusu və sizin özünüz öz oyununuzdan razı qaldınızmı?

Ola bilər tam olaraq istədiyimiz oyunu sərgiləyə bilmədik. Ancaq əsas olan bu tskildəki ilk 3 xalı  qazanmaq idi. Bu qələbə bizə çox vacib idi. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43