Milli komanda

Millimizin futbolçusu Superliqa klubunda

Milli komandamızın futbolçusu Ufuk Budaq karyerasını Superliqa təmsilçisi “Kayserispor”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, son olaraq PTT birinci liqasında çıxış edən “Qaziantep BB” komandasında forma geyinən 26 yaşlı futbolçu Kayseri təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

Qeyd edək ki, Ufuk Budak “Kayserispor”la müqavilə imzalamaq üçün Azərbaycan millisinin Avstriyadakı təlim-məşq toplanışını erkən tərk etmişdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43