Dünyadan

Millimizin futbolçusu Türkiyə klubundan ayrıldı

Millimizin üzvü Ufuk Budak Türkiyənin “Kayserispor” klubundan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, məşqçilər korpusunun qərarına əsasən əsas komandadan uzaqlaşdırılan Budak əvəzedici və aşağı yaş qrupları üzrə komandalarda oynamaq istəməyib. O, “Kaysersipor”la 2018-ci ilin yayında başa çatacaq müqaviləsinə xitam verilməsi üçün  klubda olan bütün alacaqlarından imtina edib.

Qeyd edək ki, 26 yaşlı sol cinah müdafiəçisi “Kayserispor”a “Qaziantep BB”dən transfer edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43