Kateqoriyasız

Millimizin futbolçusu üçün Bundesliqa əlçatmaz oldu – VİDEO

Bu gün yeni mövsümdən Almaniya Bundesliqasında çıxış edəcək son komandanın kimliyinə aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” və elitada çıxış edən “Hamburq” klubları arasında keçirilən pley-off mərhələsinin cavab matçından sonra yeganə vəsiqənin sahibi müəyyənləşib.

“Karlsrue” səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 bərabərə qalmışdı. İkinci görüşdə 2:1 hesabı ilə qalib gələn “Hamburq” Bundesliqada qalıb. Nazarovun komandası əlinə düşən şansdan istifadə edə bilməyib.

1 iyun

“Karlsrue” – “Hamburq” – 1:2

Qollar: Yabo, 78 – Dias, 90+1, Müller, 115

(ilk oyun – 1:1)  


All Goals and Highlights – Karlsruher 1-2… by zidanekrisz


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43