11 Avqust 2020
Kateqoriyasız

Millimizin heyətində dəyişiklik

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ”nin əsas qapıçısı Anar Nəzirov zədələndiyinə görə, klubun müraciəti əsasında Müşviq Nadirov U-19-un toplanışından azad edilib. Onun əvəzinə hazırlıq prosesinə “Neftçi”dən Elnur Hüseynov dəvət olunub.

Qeyd edək ki, yanvarın 17-dək Bakıda təlim-məşq toplanışında olacaq U-19 hazırlığını yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində davam etdirəcək. Hazırlıq müddətində yığma yanvarın 22-də “Antalyaspor”un, yanvarın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Onun komandadan geri qaldığını necə görürsüz ki?” – Bordin

admin

“Qarabağ” və “Zaqatala”dan qələ

admin

Millimizin Malta toplanışı və yoldaşlıq oyunları ləğv olundu

admin