08 Sentyabr 2024
İdman

Millimizin heyəti açıqlandı

Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin Qran-pri turnirinə qatılacaq heyəti müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, yanvarın 26-28-də Portuqaliyanın Odivelaş şəhərində baş tutacaq yarışda 6 idmançı mübarizə aparacaq.

Yığmanın heyətində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) yer alıblar.

Qeyd edək ki, Qran-pri turnirinin qalibi 700, ikincisi 490, üçüncü yeri tutan isə 350 reytinq xalı qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43