Kateqoriyasız

Millimizin heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 9-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq. 

Idmanxeber.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək. Millimiz fevralın 2-də İraqın U-19, fevralın 6-də “Rukh”un (Lvov, Ukrayna), fevralın 8-də isə “Antalyaspor”un əvəzdici komandaları ilə qarşılaşacaq. Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların aşağıdakılardır:

Sahib Həsənov , Qurban Səfərov, (“Keşlə”), Kamil Nəzərli, İbrahim Ramazanov, Samir Ağayev (“Qəbələ”), Rəvan Kazımlı, Fariz Xeyrullayev, Nurlan Musayev, Fərid Səfərli, Rüfət Abbasov, Bahadur Quliyev, Elcan Əbilov, Ağadadaş Salyansky (“Neftçi”), Emin Rüstəmov (“Səbail”), Sadiq Bagiev (“Kuban”, Rusiya), Nikta Tazğızadə (“Stroqino”, Rusiya), Ayxan Suleymanlı (“Sumqayıt”), Nəriman Axundzadə, İbrahim Ağayarov (“Qarabağ”), Xəyal Əliyev. Raul Məmmədov, Nicat Quliyev, Məhəmməd Əliyev (“Sabah”), Kamal Qurbanov (“Hammarby”, İsveç), Mahmud Ağayev (“Zirə”), Cavad Kərimov (“Kəpəz”), Məhəmməd Əliyev (“Sabah”), Ege Bilsel (“Antalyaspor”, Türkiyə)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43