Milli komanda

Millimizin heyətində dəyişiklik

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  Samir Qurbanov zədəli olduğu üçün heyətdən çıxarılıb. Kamran Quliyev və Murad Mahmudov isə klubunun rəsmi çempionat oyunu ilə əlaqədar icazə alaraq toplanışı erkən tərk ediblər.

Əvəzində Rüfət Abdullazadə hazırlıq prosesinə qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43