Milli komanda

Millimizin heyəti açıqlandı – SİYAHI

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində çıxış edəcək heyəti açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın qarşıdakı oyunları üçün 14 futzalçıya dəvət göndərilib. 

Həmin oyunçular bunlardır: Rövşən Hüseynli, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Augusto Sesar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Araujo, Andre Junior de Campos, Eduardo Mello Borges, Sergey Çuykov
Millimizin seçmə mərhələdə keçirəcəyi oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:

10 dekabr
20:00. Azərbaycan – İsveç

11 dekabr
20:30. Belarus – Azərbaycan

13 dekabr
22:30. Azərbaycan – Xorvatiya

Qeyd edək ki, bütün oyunlar Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43