Milli komanda

Millimizin heyətində dəyişiklik

Azərbaycan milli komandasının noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunu üçün açıqlanmış heyətində dəyişiklik edilib.

Almaniyanın “Karlsruhe” klubunun üzvü Dmitri Nazarov zədələndiyi üçün millinin toplanışında iştirak etməyəcək.

Heyətlə bağlı daha bir yenilik baş məşqçi Robert Prosineçkinin “Sumqayıt” klubunun futbolçusu Ağabala Ramazanovu milli komandanın toplanışına dəvət eməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43