Milli komanda

Millimizin Hollandiya ilə oyun üçün heyəti açıqlandı

Futzal üzrə dünya çempionatının pley-off mərhələsində Hollandiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. 

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın heyətində 14 futzalçı yer alıb.

Bunlar Rövşən Hüseynli, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Amadeu Fernandes, Eduardo Mello, Auqusto Sesar, Fineo de Araujo, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Xətai Bağırov və Rafael Durvaldır.

Qeyd edək ki, Hollandiya və Azərbaycan arasında ilk oyun martın 22-də Almere şəhərində, cavab görüşü isə aprelin 12-də Bakıda keçiriləcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43