Milli komanda

Millimizin hücumçusu azarkeşlərə səsləndi: “Diqqətli olun!”

Milli komandamızın hücumçusu Ramil Şeydayev öz şəxsi feysbuk hesabı vasitəsilə azarkeşlərə səslənib.

İdmanxeber.com-un məlumatına görə, “Trabzonspor”da çıxış edən hücumçu azarkeşlərə dəstəyə görə təşəkkürükün bildirib, xəsarət alan azarkeşə də şəfa diləyib.

“Bütün azarkeşlərimizə dəstəyə görə dərin təşəkkürümü bildirirəm, bu sizin qələbənizdir!Təəssüf ki, azarkeşlərimizdən biri oyundan qabaq yıxılıb xəsarət almışdır, ona tezliklə sağalmasını arzulayırıq! Daha diqqətli olun! Hamınıza təşəkkür edirəm!”



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43