Dünya futbolu

Millimizin hücumçusu Superliqada fərqləndi, komandası xal itirdi

İsveçrə Super Liqasında 35-ci turun oyunlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu “Qrasshoppers” kollektivi öz meydanında “St. Qallen” klubu ilə qarşılaşıb. 4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Millimizin hücumçusu bu oyuna start heyətində başlayıb. O, 90+3-cü dəqiqədə əvəzlənib. Dadaşiv ilk qolun məhsuldar ötürməsini edib. Forvard hətta ilk yarıda qol da vurub. Lakin VAR-dan gələn qərardan sonra qol qeydə alınmayıb.

Qeyd edək ki, “Qrasshoppers” 35 turdan sonra 44 xalla 6-cı pillədə qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43