Milli komanda

Millimizin iki yoxlama oyununun başlama vaxtı bəlli oldu

Azərbaycan yığmasının Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda qarşılaşacağı Andorra və Kanada ilə görüşlərinin başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, yığma komandamız Andorra ilə mayın 26-da qarşılaşacaq. Həmin oyun yerli vaxtla 20.00-da (Bakı vaxtı ilə 22.00) start götürəcək.

Kanada ilə qarşılaşma isə iyunun 3-də keçiriləcək. Həmin oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Millimiz mayın 29-da Makedoniya ilə də üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43