İdman

Millimizin ilk sınağı

Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunun oyunlarına  start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək. Biro Jadenin yetirmələrinin ilk rəqibi Bosniya və Hersoqovina yığması olacaq.

B qrupunun digər matçında isə Macarıstan və Albaniya milli komandaları üz-üzə gələcək.

8 aprel

AÇ-2018-in seçmə mərhələsi

B qrupu

16:00. Macarıstan – Albaniya

Hakimlər: Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)

Bakı İdman Sarayı

18:30. Azərbaycan – Bosniya və Herseqovina

Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)

Bakı İdman Sarayı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43