Milli komanda

Millimizin İslamiada üçün heyəti açıqlandı

Martın 6-dan 9-dək Bakıda 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının təlim-məşq toplanışı olacaq.

İdmanxeber.com-un məlumatına görə, hər iki komandanın baş məşqçisi olan Yaşar Vahabzadə hazırlıq prosesinə ümumilikdə 35 futbolçu dəvət edib.

U-21-in heyəti: Fəhmin Muradbəyli, Sənan Əlizadə, Aqşin Qurbanlı (hamısı “Neftçi”), Eltun Turabov, İlyas Səfərzadə, Kamran Nəsirov (hamısı “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Xəyal Nəcəfov, Yusif Nəbiyev (hamısı “Sumqayıt”), Murad Popov, Qismət Alıyev, Roman Hüseynov (hamısı “Qəbələ”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Hüseynov, Əlibəy Məmmədli (hamısı “İnter”), Rəsul Babazadə (“Şərurspor”), İlkin Sadıqov (“Turan Tovuz”), Aydın Bayramov, Mirkamil Əliyev (hər ikisi MOİK).

U-23-ün heyəti: Tərlan Əhmədli, Azər Salahlı, Kamran Abdullazadə, Nicat Muxtarov, Mirabdulla Abbasov (hamısı “Sumqayıt”), Məqsəd İsayev, Maksim Vaylo (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Vüqar Mustafayev, Adil Nağıyev (hamısı “Zirə”), Tural Hümbətov, Kamal Mirzəyev (hər ikisi AZAL), Elşən Abdullayev (“Qarabağ”), Orxan Əliyev (“Kəpəz”).

Qeyd: IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43