Ölkə futbolu

Millimizin məçqçiləri klublarımızın yanında olacaq

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən millinin məşqçilər heyətinin üzvləri klublarımızın UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaları izləyəcəklər.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Elxan Abdullayev “İnter” – “Laçi”(Albaniya) oyununa, Mahmud Qurbanov  “Qəbələ” – “Dinamo” (Gürcüstan) qarşılaşmasına baxacaq,  Faiq Əzizov isə “Mladost” (Monteneqro) – “Neftçi” oyununu izləmək üçün Podqoritsa şəhərinə səfər edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43