Ölkə futbolu

Millimizin məşqçiləri “Ayntraxt”ın təyyarəsində – FOTO

Milli komandanın məşqçilərimiz Azərbaycana “Ayntraxt” komandası ilə birlikdə gəliblər.
Bu barədə alman təmsilçisinin rəsmi saytı foto yayıb.
Həmin fotoda Azərbaycan U-21 yığmasının baş məşqçisi Bernhard Lippert və əsas millinin qapıçılarla işləyən məşqçisi Uli Ştayn komanda ilə birlikdə Azərbaycana səfər ediblər. Eyni təyyarədə gəldiklərinə görə, onların rəqib komandaya “Qarabağ” haqqında məlumat vermələri istisna edilmir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43