Kateqoriyasız

Millimizin məşqçisi: “Rəqib 89-cu dəqiqədə də səhv edə bilər”

“Sabah bizi çətin rəqib gözləyir. Mən İsrail yığmasına qarşı oyunda Rusiya yığmasını müşahidə etmişəm. Rəqibi tanıyırıq. Yığmamızda yaxşı ab-hava var. Şimali İrlandiya üzərində qələbədən sonra bizim futbolçular Rusiya yığmasına qarşı start fitindən final fitinə qədər diqqətlə oynamalıdırlar. Axı rəqib 89-cu dəqiqədə də səhv edə bilər”. 

Bu sözləri futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı oyunla bağlı fikirlərini bildirərkən deyib.

Süleymanov daha sonra sözlərinə belə davam edib:

“Qarşıdakı oyunda oyunçularımıza Rusiya yığmasının qapısına sadəcə daha çox zərbə vurmaq lazımdı. Aydındır ki, rəqib səviyyəcə üstündür, onların oyun sürəti də yüksəlib. Ancaq bizim elə oyunçularımız var ki, istəkləri olsa, Rusiya Premyer Liqasında oynaya bilərlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43