20 Oktyabr 2021
Milli komanda

Millimizin Moldova ilə oyununun saatı açıqlandı

Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Moldova ilə oyununun başlanma saatı açıqlanıb.

İdmanxeber.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, qrupun ilk iki oyununda Slovakiya və Yunanıstana qalib gələn millimiz 6 xalla liderdir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA millinin baş məşqçisi ilə bağlı məlumat yaydı

admin

Millimiz ikinci oldu

admin

Millimiz darmadağın oldu – YENİLƏNİB

admin