Milli komanda Ölkə futbolu

Millimizin müdafiəçisi Xorvatiya ilə görüşü buraxa bilər

Azərbaycan milli komandasının üzvü Pavel Paşayevin formasını geyindiyi  “Aleksandriya” evdə “Olimpiya” ilə qarşılaşb.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxsa da, 10-cu dəqiqədə zədələnərək meydanı tərk edib. Onun AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə görüşdə iştirak edib-etməyəcəyinə tibbi müayinədən sonra aydınlıq gələcək.

Qarşılaşma 1:1 hesabı ilə bitib.

Qeyd edək ki, “Aleksandriya” geridə qalan turlarda topladığı 38 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43