Ölkə futbolu

Millimizin oyunçusu komandasında iki qol vurdu

Çexiya Gənclər Liqasında 8-ci turun görüşləri keçirilib.

Fərid Nəbiyev  “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandasında “Çeske” ilə qarşılaşıb. Görüş 4:4 hesabı ilə başa çatıb. U-21 millimizin üzvü komandasının iki qolunun müəllifi olub.

Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm vurduğu qollarının sayını altıya çatdırıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43