Milli komanda

Millimizin oyunları “CBC Sport”da

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları CBC Sport televiziya kanalında canlı yayımlanacaq.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qrupun son turunda hər iki qarşılaşma eyni vaxtda başlayacağı üçün Azərbaycan yığmasının oyunu canlı, digər matç isə videoyazı şəklində təqdim olunacaq. Oyunların təqvimini diqqətinizə çatdırırıq:
 
10 noyabr
Saat 14:00. Türkiyə – Bosniya və Herseqovina
Saat 18:00. Ukrayna – Azərbaycan
 
12 noyabr

Saat 14:00.  Bosniya və Herseqovina – Ukrayna
Saat 18:00. Türkiyə – Azərbaycan
 
15 noyabr
Saat 18:00. Ukrayna – Türkiyə
Saat 18:00. Azərbaycan – Bosniya və Herseqovina
 
Qeyd edək ki, Ukrayna – Türkiyə oyunu “Dalğa Arena”da, digər qarşılaşmalar isə Bayıl stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43