Milli komanda

Millimizin oyunlarının vaxtı açıqlandı

Sentyabrın 9-dan 19-a qədər Avstriyanın Vyana şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının  təlim-məşq toplanışı təşkil olunacaq.

Toplanışdan sonra – sentyabrın 21-dən etibarən yığmamız Avstriyanın Lindabrunn şəhərində Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına çıxacaq.

Qarşılaşmaların təqvimini diqqətinizə çatdırırıq:

21 sentyabr, saat 14:00

Xorvatiya – Azərbaycan  

23 sentyabr, saat 19:00

Avstriya – Azərbaycan  

26 sentyabr, saat 19:00

İsrail – Azərbaycan


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43