İdman

Millimizin oyunu canlı yayımlanacaq

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Akko şəhərindəki Municipal stadionunda keçiriləcək İsrail – Azərbaycan oyunu canlı yayımlanacaq.

Idmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç “CBC Sport” televiziya kanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43