Milli komanda

Millimizin oyununa hakim təyinatları açıqlandı

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II turunda keçiriləcək Çexiya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

UEFA-nın rəsmi saytının verdiyi məlumata görə, qarşılaşmanı slovakiyalı hakim Boris Marhefka idarə edəcək. Onun köməkçiləri isə Tomas Vorel və Elis Pulay olacaq. Dördüncü hakim funksiyasını isə Florian Lata yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İlk turdan sonra xalı olmayan komandamız 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43