Kateqoriyasız

Millimizin oyununda italiyalı hakimlər

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev oyununun hakimləri açıqlanıb.

Korner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək.

Qeyd edək ki, martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan – Moldava görüşü saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43