Milli komanda

Millimizin oyununun başlama saatı müəyyənləşdi

Futzal üzrə Avropa çempionatının 1/4 finalında keçiriləcək Rusiya – Azərbaycan oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, fevralın 9-da Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki,  millimiz D qrupunu ikinci tamamlayaraq 1/4 finala vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43