Kateqoriyasız

Millimizin Portuqaliyaya gedəcək heyəti müəyyənləşdi

Martın 24-dən 30-a qədər 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə çıxış edəcək heyəti və oyunların təqvimini diqqətinizə çatdırırıq:

Yığmamızın heyəti: Kamran İbrahimov, Elçin Əsədov, Pilağa Mehdiyev, Aslan Bədəlzadə, Bahadur Həziyev (hamısı “Neftçi”), Fərid Nəbiyev, Aqşin Hüseynov, Elvin İmanlı, Cavidan Qasımlı (hamısı “Qəbələ”), İbrahim Qədirzadə, Yusif Həsənov (hər ikisi “Xəzər Lənkəran”), Ərziman Rizvanov, Emin Səfixanov (hər ikisi “Sumqayıt”), Ceyhun Muxtarli, Nadir Qasımov (hər ikisi “İnter”), Məmməd Hüseynov (“Qarabağ”), Samir Əliyev (“Bakı”), Əsgər Hüseynov (AZAL), Mətin Gülər, Hüseyin Seyligli (hər ikisi “Beşiktaş”, Türkiyə)

Qeyd edək ki, yığmamız sabah Portuqaliya, martın 27-də Rusiya millisi, ayın 29-da isə Porto region yığması ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43