Milli komanda

Millimizin qapıçısı püşkü dəyərləndirdi: “Serbiyaya baxanda Hollandiya yaxşıdı”

Bu gün futzal üzrə dünya çempionatının "pley-off" mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, püşk Hollandiyanı millimizə rəqib edib.

Millimizin qapıçısı Rövşən Hüseynli saytımıza açıqlamasında püşkü dəyərləndirib:

"Məncə bizə düşə biləcək hər bir rəqiblə başabaş oynaya biləcək gücdəyik. Rəqib Hollandiya olduğunca gəlincə… Serbiyanın son Avropa çempionatındakı çıxışından sonra Hollandiyanın bizə rəqib olması biraz uğurlu alındı. Biz Hollandiya ilə 2005-2006-cı illərdə qarşılaşmışıq və hesab 4-4 olub. O ildən bu yana çox şey dəyişib. Hər iki komandada böyük dəyişiklik olub".

"Pley-off" mərhələsinin oyunları martın 22 və aprelin 16-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43