Milli komanda

Millimizin qapıçısından rekord

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Serbiyada keçirilən Avropa çempionatında rekorda imza atıb.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, 25 yaşlı qolkiper İtaliya ilə qarşılaşmanın ilk yarısında 15 zərbəni dəf edib.

Bununla da Hüseynli Rusiya və Qazaxıstan yığmalarındakı həmkarları Qustavo ilə İgitanı geridə qoyub. Əslən braziliyalı hər iki çərçivə qoruyucusu oyun ərzində cəmi 11 “seyv” edə bilib. Onlar Rusiyanın Qazaxıstanı 2:1 hesabı ilə yendiyi C qrupunun ilk tur matçında fərqləniblər.

Qeyd edək ki, İtaliya – Azərbaycan matçı ikiqat Avropa çempionlarının qələbəsi ilə yekunlaşıb – 3:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43